“Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda tədbir keçirilib

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cühuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda seminar keçirilib.

             Tədbirdə çıxış edənlər  2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və bunun cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırdılar. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi siyasi əqidəsindən və statusundan asılı olmayaraq bütün insanların ürəyincə olan addım  və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu barədə fikirləri xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyər olduğunu bildirdilər.  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində silinməz iz buraxdığını, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadığını qeyd etdilər.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi  mövzu ətrafında geniş məruzə ilə çıxış etdi, AXC və onun varisi olan müstəqil Azərbaycanda həyata keçirilən din siyasəti barədə məlumat verdi.