Azərbaycanda idmanın intibah dövrü başlandı – İDARƏ RƏİSİ FİKİR BİLDİRDİ

       “İlk növbədə paytaxt gəncləri və idmançıları adından ölkə Prezidentimiz İlham Əliyevi qarşıdan gələn doğum günü münasibəti ilə təbrik edir, Ona can sağlığı, uzun ömür arzu edirik. Müzəffər Ali Baş Komandanımız öz adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə, qalib sərkərdə kimi yazdı. Bugün cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə formalaşmış və yetişmiş gənclik 30 il həsrətində olduğumuz torpaqlarımızın işğaldan xilas olunmasında iştirak edərək torpaqlarımızı azad etdi. Rəşadətli ordumuzun mütləq əksəriyyəti məhz gənclər idi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

         O, qeyd edib ki, hər bir Azərbaycan gənci cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyərək dəmir yumruq olaraq onun ətrafındadır. Təbii ki, cənab Prezidentin bütün sahələrdə olduğu kimi idman sahəsində qazandığı uğurlardan xüsusilə danışmaq lazımdır. Cənab Prezidentin Milli Olimpiya Komitəsinə yenidən yekdilliklə seçilməsi idmansevərlərin və idman ictimaiyyətinin ürəyincə oldu.

         Raqif Abbasov bu barədə fikirlərini belə izah edib: “Cənab Prezidentin Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə Azərbaycanda idmanın intibah dövrü başlandı. Maddi-texniki baza yaxşılaşdırıldı. İdman sahəsində uğurlarımız, nailiyyətlərimiz və medallarımızın sayı artdı. Azərbaycan Olimpiya Hərəkatı dünyanın aparıcı ölkələri sırasına öz adını yazdırdı. Azərbaycanda müxtəlif irimmiqyaslı, multikultural idman yarışları keçirildi. 1-ci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, yeniyetmələrin yay olimpiya festivalları, Azərbaycanda müxtəlif idman növləri üzrə, dünya, Avropa çempionatları ölkəmizin qüdrətinin, infrastrukturunun inkişafı nəticəsində gerçəkləşə bildi.

    Bugün Azərbaycanda idman prioritet istiqamətdir. Azərbaycan idmançılarının uğurları, onların məişət problemlərinin həlli cənab Prezidentin idmançılara diqqəti, qayğısı nəticəsində həyata keçirildi. İdman sahəsində mövcud olan hüquqi-normativ sənədlər, qanunvericilik onu göstərir ki, idman ölkədə prioritet sahələrdən biridir. Cənab Prezidentin istər Olimpiya, istər qeyri-Olimpiya, istərsə də Paraolimpiyaçılara münasibəti nəticəsində bugün biz bu uğurlardan danışırıq. Bir sözlə, cənab Prezidentin ölkəyə rəhbərliyi dönəmi zaman baxımdan çox az olmağına baxmayaraq görülən işlər, əldə olunan nailiyyətlər əsrlərə bərabərdir. Buna görə, biz cənab Prezidentə minnətdarıq. Biz belə Prezidentimiz olduğu üçün fəxr edirik”.

        Müəllif: Turqay Musayev
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort