“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda tədbir keçirilmişdir.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin ,  Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov,  rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak etmişlər.Tədbirdə  Baş İdarənin rəisi R. Abbasov çıxış edərək bildirmişdir ki, narkomaniyaya qarşı mübarizə davamlı, ardıcıl həyata keçirilməlidir. Bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur.  Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Sonda Raqif Abbasov gənc istedadları bir daha təbrik etmiş onları  pis vərdişlərdən uzaq olmağa çağırmışdır.

Sonra mükafatlandıtma mərasimi keçirilmişdir. İnşa yazı müsabiqəsində I yerə Qaragöz Zəhra (Səbail rayonu 6 saylı məktəb), II yerə Yaqubova Günell (Xətai rayonu 116 saylı məktəb), III yerə Nəzərova Günay (Səbail rayonu 329 saylı məktəb), rəsm müsabiqəsində isə I yerə İsmayıl Vəzirov (Yasamal rayonu ), II yerə Aynur Seyidova (Nəsimi rayonu ), III yerə Fərid Zeynalov (Yasamal rayonu ) layiq görülmüşlər. İnşa yazı və rəsm müsabiqəsində fərqlənmış şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort