“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. R.Abbasov gənc istedadları bir daha təbrik etmişdir.
Sonra mükafatlandırma mərasimi keçirilmişdir. İnşa yazı müsabiqəsində I yerə Səbail rayonu Hüseynova Fidan 239 saylı orta məktəb, II yerə Xətai rayonu Məmmədova Səbinə 287 saylı orta məktəb, III yerə Binəqədi rayonu Hüseynov Roman 217 saylı orta məktəb, rəsm müsabiqəsində isə I yerə Yasamal rayonu Nigar Nağdıyeva 53 saylı orta məktəb, II yerə Nəsimi rayonu Sevinc Baxşəliyeva 46 saylı orta məktəb, III yerə Nərimanov rayonu Leyla Əliyeva layiq görülmüşlər.

     İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort