Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

     Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü təsis edilib. Bu gün hər il martın 5-də qeyd edilir.

  Gənclər və Idman Nazirliyinin nümayəndə heyəti, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri bayram münasibətilə Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edib, məzarı qarşısına əklil və gül dəstələri qoyublar.

   Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

  Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

   Daha sonra bayram münasibətilə 50-dək velosipedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından “Azneft” meydanına doğru yürüş keçirilib.

   Dənizkənarı Milli Parkda idmanın müxtəlif növləri, o cümlədən voleybol, tennis, zorxana, güləş, cüdo üzrə nümunəvi çıxışlar olub.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort