Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd olunub

       Azərbaycanın Dövlət Müstəqilliyinin 104-cü ildönümü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin bir qrup əməkdaşı Tibilisiyə ezam olunub. İlk öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
      Sonra BŞGİBİ-nin əməkdaşları Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının məzarlarını ziyarət ediblər. Məzarlıqda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk Baş naziri Fətəli xan Xoyskinin, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayevin, fərqli vaxtlarda Cümhuriyyətinin daxili işlər (28 may 1918-ci il – 6 oktyabr 1918-ci il), maliyyə (1918-ci il) və xarici işlər naziri olmuş Məmmədhəsən Hacınskinin məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və digərlərinin məzarları da ziyarət olunub.
        Sonda əməkdaşlarımız Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində olublar.
Burada onlara muzey barədə və Azərbaycanın böyük ədibi, ictimai xadimi Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verilib.
       Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini təmsil və təbliğ etməkdir. Bildirilib ki, muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.
       BŞGİBİ-nin əməkdaşları muzeyin zallarını gəzib, burada saxlanılan eksponatlara, ekspozisiyalara baxıb və muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort