Aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları paylanılıb

Bu gün Yasamal rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2013-2014-cü tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Yasamal RGİ-nin rəisi İlham Səfərov, Yasamal rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış etmiş, uşaqları ilk tədris ili ilə əlaqədar təbrik edərək onlara dərslərində uğurlar arzu etmişlər. Tədbirin sonunda aztəminatlı ailələrdən olan 20-dən çox uşağa məktəb ləvazimatları paylanılmışdır.  Sonra uşaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.