Bədii gimnastika üzrə XXV Bakı şəhər çempionatı keçirilmişdir.

     Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  bədii gimnastika üzrə XXV Bakı  şəhər çempionatı  keçirilmişdir.

     Yarış  fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanıb. Nəticələrə görə 2010-cu il təvəllüdlülər arasında I yerə Nəzrin Salmanlı (Ocaq İK), 2009-cu il təvəlüdlülər arasında Gövhər İbrahimova (Ocaq İK), 2008-ci il təvəllüdlülər arasında Nərminə Bayramova (Ocaq İK), yeniyetmələr arasında I yerə Kamilla Seyidzadə (Ocaq İK), gənclər arasında Məryəm Səfərova (Ocaq İK), böyüklər arasında Darya Sorokina (Ocaq İK) I yerə layiq görülmüşlər.

     Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.