BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İLK DƏFƏ SƏS VERƏCƏK RAYON GƏNCLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının 5.7.3 bəndinin icrasını təmin etmək məqsədilə 05 dekabr 2019-cu il tarixdə Yasamal rayonu 21 saylı tam orta məktəbin akt zalında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək rayon gəncləri ilə görüş keçirildi. Görüşün əsas məqsədi gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verəcək gənc seçicilər arasında maarifləndirmə işinin təşkili, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi idi.
Toplantını giriş sözü ilə Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov açaraq «Gənclərin ictimai həyatda iştirakının dəstəklənməsi dövlət gənclər siyasətinin əsası kimi» mövzusunda çıxış etdi.
     Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov «Uğurlu iqtisadi islahatlar dövlət siyasətinin əsasıdır» mövzusunda gənclərlə səmimi söhbət etdi. 
      Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının İcraçı katibi Tofiq Həsənov «Yerli özünüidarəetmədə gənclərin yeri və rolu» mövzusunda, 17 saylı Yasamal 3-cü Dairə Seçki Komissiyasının sədri Qədir Kərimov «Seçki günü səsvermə proseduru və qaydaları» mövzusunda çıxış etdilər. Çıxışlardan sonra açıq mkrofon vasitəsilə gənclər onları maraqlandıran suallarla qonaqlara müraciət etdilər.
       Görüşdə 23 dekabr 2019-cu il tarixində 18 yaşı tamam olacaq bir qrup rayon gəncinə icra başçısı tərəfindən xatirə hədiyyələri təqdim edildi.
   Sonda zalda təşkil edilmiş seçki məntəqəsində səsvermə günü proseduru məntəqə üzvləri tərəfindən əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirildi. Toplantıya Yasamal rayonu üzrə ilk dəfə səs verəcək 150 nəfər gənc qatılmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort