Badminton üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Slavyan Universitetinin idman zalında 2000-2001, 2002-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmələr arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. İdmançılar şəxsi, qoşa və qarışıq yarışlarda öz qüvvələrini sınamışlar. Yarışın qalibləri Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Nəticələrə görə qızlar arasında I yerə Mehdiyeva Nilufər (BBTİ), II yerə İsmayılzadə Esmiralda (BBTİ), III yerə Tselikovskaya Valeriya (RİOEUGİM), oğlanlar arasında isə I yerə Hüseynov Səbuhi (Neftçi İSM), II yerə Güləliyev Bayram (BBTİ), III yerə Əliyev Fuad (Neftçi İSM) layiq görülmüşlər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort