Badminton üzrə Bakı şəhər birinciliyi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Slavyan Universitetinin idman zalında 1995-97-ci il təvəllüdlü gənclər arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. İdmançılar şəxsi, qoşa və qarışıq yarışlarda öz qüvvələrini sınamışlar. Yarışın qalibləri Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Nəticələrə görə qızlar arasında I yerə Mehdiyeva Adilə, II yerə Hüseynova Zülfiyyə, III yerə Hüseynova Aliyə , oğlanlar arasında isə I yerə Əlihəsənov Cahid, II yerə Mircəfərov Seyidxan, III yerə İsmayılzadə Fuad layiq görülmüşlər.