Bakı çempionatı və birinciliyinə start verilib

Yanvarın 21-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı və birinciliyinə start verilib.  Yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında güclerini sınayırlar.

Çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına yüksək diqqət və qayğısı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb.

Paytaxt çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov idmançılara uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycanda idmanın sürətli inkişafına dövlətin diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort