BAKI MƏKTƏBLİLƏRİNİN XXVII SPARTAKİADASININ DAMA YARIŞI BAŞA ÇATDI

  Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan dama növü üzrə yarışın final mərhələsi keçirilmişdir. Yarışda 10 rayon komandası tərkibində 60 nəfər (onlardan 20 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri Səbail rayonu 189 – 190 nömrəli tam orta məktəbin komandası, II yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, IV yeri Xəzər rayonu 26 nömrəli tam orta məktəbin komandası, V yeri Xətai rayonu 249 nömrəli tam orta məktəbin komandası, VI yeri Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin komandası, VII yeri Nizami rayonu Zəngi Liseyin komandası, VIII yeri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin komandası, IX yeri Yasamal rayonu 167 nömrəli tam orta məktəbin komandası, X yeri Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Binəqədi rayonu 179 nömrəli tam orta məktəbin komandası yarışlarda iştirak etməmiş, komandaya XI yer və 3 cərimə xalı verilmişdir. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVII spartakiadanın mandat komissiyasının sədri Əlizadə Cəlil və yarışların baş hakimi Məmmədzadə Nurəli qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.