BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA 64 XANALI DAMA ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

      4 №-li İOEUGİŞM-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında 64 xanalı dama üzrə turnir təşkil olunub keçirilmişdir. Paytaxt məktəblərinin I – XI sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə I yeri Nəsimi rayonunu təmsil edən 5 nömrəli tam orta məktəbin komandası (Umudov Məhəmməd, Umudov Kamran, İsmayılov Vüsal, Musayev İsa, Abdullayeva Ləman, İsmayılova Fəridə), II yeri Yasamal rayonunu təmsil edən akademik Zərifə Əliyeva adına Liseyin komandası (Məmmədzadə Uğur, Abdullayev Tərlan, Vəliyev Amil, Əhmədov Əziz, Mirzəyeva Şəbnəm, Abbaslı Leyla), III yeri Xəzər rayonunu təmsil edən 323 nömrəli tam orta məktəbin komandası (Rəsulov Simran, Məmmədov Qadir, Əlişov Məhəmməd, Heydərli Məhəmməd, Babazadə Aydan, Qurbanova Aytən) tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və 4 №-li İOEUGİŞM-in direktoru Elvin Hüseynov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort