BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA BADMİNTON ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

     Nizami rayonu ərazisində yerləşən 12 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında badminton üzrə turnir təşkil olunub keçirilmişdir. Olimpiya sistemi üzrə keçirilən yarışlar həm komanda, həm də şəxsi xarakter daşımışdır. Komanda hesabında I yeri Xətai rayonu 260 nömrəli tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 251 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Şəxsi hesabda oğlanlar arasında I yeri Hüseynov Səbuhi (Xətai rayonu), II yeri İsmayılov Vaqif (Xətai rayonu), III yeri İsazadə Zaur (Suraxanı rayonu), qızlar arasında I yeri Cəfərova Elnurə (Suraxanı rayonu), II yeri Salamova Sevil (Xətai rayonu), III yeri Əhmədli Təzəgül (Sabunçu rayonu) tutmuşlar.
Yarışın rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları — baş məsləhətçi Salman Əbdülov, aparıcı məsləhətçi Cəlil Əlizadə, yarışların baş hakimi, respublika dərəcəli hakim Cavanşir Əlizadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda da müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri və şəxsi hesabda fərqlənmiş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort