BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ ŞAHMAT TURNİRİNƏ START VERİLDİ

           Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat üzrə turnirə start verilmişdir.
Tədbirin rəsmi açılış mərasimində Bakı Şəhər Baş Polis İdarəsi Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
Onu da qeyd edək ki, keçirilən şahmat turniri şəxsi və komanda xarakteri daşıyır. 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 13 komanda tərkibində 28 nəfər polis əməkdaşı iştirak edir. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.