Bakı şəhər Gənclər və İdman Baş İdarəsi AİJF ilə memorandum imzaladı

     Bu gün Baş İdarənin konfrans zalında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

      Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, İdman Jurnalistləri Federasiyası İdarə heyətinin sədri Qabil Mehdiyev, federasiyanın üzvləri  –   MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri, Cəmaləddin Rəhmanov, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir Firuz Abdulla, Baş İdarənin rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov iştirak etmişlər.

      R. Abbasov tədbirdə imzalanacaq memorandumu ölkə başçısı İlham Əliyevin ötən ilin yekunları ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən tədbirdə qeyd etdiyi tövsiyələrindən biri kimi səciyyələndirib.

     O bildirib: “Bizim üzərimizə düşən məqamlardan biri Federasiyada olan həmkarlarımız vasitəsi ilə kütləviliyi əks etdirən tədbirlərin təbliğatını gücləndirməkdən, eyni zamanda bu təşkilatın yanında olub, üzərimizə düşən məsələlərin icrasını müştərək olaraq həll edə bilməkdən ibarətdir”.

       Daha sonra İdman Jurnalistləri Federasiyası İctimai Birliyinin rəhbəri Qabil Mediyev çıxış edib. O yeni yaranmış federasiyanın öz fəaliyyətinə təşkilatlanma mərhələsi ilə başladığını vurğulayıb: “Fevralın 20-də idman jurnalistlərinin Respublika toplantısını təşkil edəcəyik. Tədbirlər proqramında ölkəmizdəki bütün idman qurumları və federasiyaları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətimizi davam etdirmək nəzərdə tutulub. Eyni zamanda hər bir təşkilatla anlaşma memorandumu imzalanacaq. Sevindirici haldır ki, ilk memorandumu bizə doğma olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə imzalayırıq. Düşünürəm ki, bu memorandum ölkə idmanının kütləvi təbliğatında böyük rol oynayacaq”.

        Tədbirin sonunda bədən tərbiyəsi və idmanın kütləviliyinin təbliğini nəzərdə tutan fəaliyyətlə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası İctimai Birliyi arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort