BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA STOLÜSTÜ TENNİS ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

     Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilmişdir. Paytaxt məktəblərinin VI – IX sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə I yeri Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası, II yeri Nərimanov rayonunu təmsil edən İstək liseyinin komandası, III yeri Sabunçu rayonunu təmsil edən Kaspi liseyinin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.