BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ (QIZLAR) ARASINDA ATLETİKA DÖRDNÖVÇÜLÜYÜ ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

        Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri (qızlar) arasında atletika dördnövçülüyü üzrə turnir keçirilmişdir. Yarışın proqramına 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma və 500 m məsafəyə kross qaçışı növləri daxildir. Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər iştirakçıları salamlamış, yarışın proqramı haqqında geniş məlumat vermiş, onlara müvəffəqiyyətlər arzulamışlar.
Paytaxt məktəblərinin VII – VIII sinif (2004 – 2005-ci il təvəllüdlü) şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə I yeri Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, III yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası tutmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort