Bakıda ikinci Asiya oyunları keçirilib

       Yarışda Çin, Hindistan, Qırğızstan,Əfqanıstan, İran dövlətlərinin nümayəndələri və idmançıları iştirak ediblər. İlk Asiya oyunları Hindistanda 2016-cı ildə keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilib. Yarış Full Kempo, Submişn Gi,Submişn NoGi və Kempo PRO versiyaları üzrə keçirilib. Yarışda Hindistanın Azərbaycanda səlahiyyətli səfiri, Azərbaycan MMA, Pankration və Grappling federasiyasının prezidenti, Gənclər və İdman Baş İdarəsinin, Gənclər və İdman Nazirliyinin, incəsənət nümayəndələri iştirak edərək idmançılara uğurlar arzulayıblar. Azərbaycanda Beynəlxalq Kempo Federasiyasının rəsmi nümayəndəsi, əməkdar məşqçi Rauf İbrahimov çıxış edərək idmanın bu gün respublikamızda olimpiya və qeyri olimpiya fərqi olmadan idman növlərinin inkişafı haqda danışıb.

            Yarışda qalib olan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.