Bakıda keçiriləcək Avropa çempionatı ilə əlaqədar iclas keçirilib

        2018-ci il  18 avqustda mas-reslinq üzrə təşkil olunacaq Avropa çempionatı ilə əlaqədar  Bakı şəhər  Gənclər  və İdman  Baş  İdarəsində görüş  keçirilib.

     Görüşdə  Bakı şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəisi  Raqif  Abbasov, Beynəlxalq Mas-Reslinq Federasiyasının baş katibi İnnokentiy Qriqoryev,   Azərbaycan  Mas-Reslinq Federasiyasının  prezidenti Ramiz Əliyev, fəxri prezidenti Samir Abdullayev,  Baş İdarənin  rəis  müavini Aydın Yusifov və Rəşad Əliyev iştirak  ediblər.

        Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq bildirmişdir ki, bu cür yarışların ölkəmizdə keçirilməsi dövlətimizdə aparılan idman siyasətinin uğurlarındandır. Dövlət başçısı İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu il ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq yarışlar da yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan bir daha dünyanın idman mərkəzlərindən biri olduğunu sübut edəcəkdir.

       Beynəlxalq Mas-Reslinq Federasiyasının baş katibi İnnokentiy Qriqoryev idman qurguları və idman məktəbləri ilə yaxından tanış oldugunu və  ölkəmizdə gördüklərindən məmnunluğunu bildirmişdir.

      Daha sonra iclasda mas-reslinq federasiyanın fəaliyyəti və bu idman növünün gənclər arasında inkişaf yolları müzakirə edilmişdir.

 

 

 

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort