Bakıda reqbi üzrə beynəlxalq turnir keçirilmişdir.

     AzDBTİA-nın stadionunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən əməkdar bədən tərbiyəsi və idman xadimi, ictimai xadim Məhbub Səadətxanın xatirəsinə həsr olunmuş reqbi üzrə açıq beynəlxalq Bakı turniri keçirilmişdir. Turnirdə Gürcüstanın “Tsikara”, Rusiyanın “Sokol”, Bakıdakı xarici vətəndaşların komandası “Tisa”, “Pələng” RK, “Qarabağ” RK  və 132-134 saylı Təhsil Kompleksinin komandaları mübarizə aparmişlar.

  Turnirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev və qonaq komandalrının nümayəndə heyətinin rəhbərləri iştirak etmişlər.

  Yekun nəticələrə əsasən I yerı “Tsikara” komandası, II yeri “Sokol” komandası, III yerı isə “Pələng” RK-nun komandası tutmuşdur. Qaliblərə Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort