“BAKU OPEN – 2013” BEYNƏLXALQ ŞAHMAT FESTIVALI SОNА ÇATDI

7 – 15 sentyabr 2013-cü il tarixdə Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2013” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2001-ci il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Ağdam, Cəbrayıl, Ağdaş, Tovuz, Biləsuvar, Tərtər, Xızı şəhər və rayonları ilə yanaşı Qazaxstan Respublikasını təmsil edən 120 nəfər idmançı (onlardan 23 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Sonuncu turdan sonra keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, turnirin rəsmi sponsorları olan Azpetrol, Azərsun, BestCom şirkətlərinin nümayəndələri iştirak etmişlər. Turnirin baş hakimi N. Məmmədzadənin yekun hesabatından sonra F.Həsənov çıxış edərək qalibləri təbrik etmiş, onlara gələcək oyunlarında müvəffəqiyyətlər arzulamışdır. Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan, qız iştirakçıları və Qazaxstanı təmsil edən idmançı qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

12 yaşadək oğlanlar arasında:
I yer Bayramov Qurban – 7,5 x Bakı (RİOEUGŞM)
II yer Nəsibov Rüfət – 7,5 x Bakı (HRŞDK)
III yer Ağayev Sadiq – 7 x Bakı (1 №-li İOEUGŞDİM)
10 yaşadək oğlanlar arasında:
I yer Muradlı Məhəmməd –7 x Bakı (1 №-li İOEUGŞDİM)
II yer Manafov Vüqar –6,5 x Bakı (1 №-li İOEUGŞDİM)
III yer Balayev Zaur –6,5 x Bakı (3 №-li UGŞİM)
8 yaşadək oğlanlar arasında:
I yer Salamov Mətin – 5,5 x Bakı (3 №-li UGŞİM)
II yer Əliyev Sənan – 5,5 x Bakı (RİOEUGŞM)
III yer Mollayev Abusəddin – 5 x Sumqayıt
12 yaşadək qızlar arasında:
I yer İbrahimli Leyla – 6,5 x Bakı (1 №-li İOEUGŞDİM)
II yer İsmayılova Aysu – 5 x Bakı (T.İsmayılov adına UGYS)
III yer Zeynalova Səriyyə – 5 x Bakı (2 №-li UGŞİM)
10 yaşadək qızlar arasında:
I yer Abbasova Sədaqət – 6 x Bakı (RİOEUGŞM)
II yer Beydullayeva Gövhər – 5,5 x Bakı (HRŞDK)
III yer Orucova Nəcibə – 5 x Bakı (RŞK)
8 yaşadək qızlar arasında:
I yer Allahverdiyeva Ayan – 5,5 x Bakı (1 №-li İOEUGŞDİM)
II yer Taba-Tabai Mehin – 4,5 x Bakı (1 №-li İOEUGŞDİM)
III yer Cəfərova Nərminə – 4 x Bakı (1 №-li İOEUGŞDİM)
ən kiçik yaşlı oğlan – Züqanov Əli (2007-ci il təvəl – Bakı (1 №-li İOEUGŞDİM)
ən kiçik yaşlı qız – Heydərli Nurtac (2007-ci il təvəl – Bakı (1 №-li İOEUGŞDİM)
Qazaxstan idmançısı – Suleymenov Nurali
Qalibləri və mükafatçıları təbrik edirik.