“BAKU OPEN – 2015” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ SОNА ÇATDI

6 – 14 sentyabr 2015-ci il tarixdə Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2015” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2003-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə, Sumqayıt, Ağdam, Quba, Şabran, Ucar, Zəngilan, Lənkəran, Şəmkir şəhər və rayonları ilə yanaşı Özbəkistan Respublikasını təmsil edən 90 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Yarışda 12 yaşadək oğlanlar arasında I yeri 8 xalla Eynullayev Altay (Bakı), II yeri 7 xalla Əsgərov Nihad (Bakı), III yeri 6,5 xalla Eynullayev Atilla (Bakı), 12 yaşadək qızlar arasında I yeri 6,5 xalla Rzalı Səbinə (Sumqayıt), II yeri 6 xalla Kim Leyla (Özbəkistan), III yeri 5 xalla Hüseynova Aydan (Bakı), 10 yaşadək oğlanlar arasında I yeri 7,5 xalla Babazadə Xəzər (Biləsuvar), II yeri 7 xalla Əliyev Sənan (Bakı), III yeri 6 xalla Əliyev Fərid (Bakı), 10 yaşadək qızlar arasında I yeri 5 xalla Həmidova Sara (Bakı), II yeri 5 xalla Taba-Tabai Mehin (Bakı), III yeri 5 xalla Nəsibova Nərmin (Bakı), 8 yaşadək oğlanlar arasında I yeri 5 xalla Cabbarlı Ayxan (Ucar), II yeri 4 xalla Əkbərov Aydın (Lənkəran), III yeri 4 xalla Məmmədov Şamil (Sumqayıt), 8 yaşadək qızlar arasında I yeri 4 xalla Məhərrəmova Xumar (Bakı), II yeri 4 xalla Heydarlı Nurtac (Bakı), III yeri 3,5 xalla Şükürova Aydan (Bakı) tutmuşlar. Sonuncu turdan sonra keçirilən təntənəli bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, turnirin rəsmi sponsorları olan Azpetrol, Azərsun, BestCom, Kenan şirkətlərinin nümayəndələri iştirak etmişlər. S.Əbdülov turnirin yekun hesabatı haqqında geniş məlumat verdikdən sonra qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Süleymanov Əli (Bakı) və qız şahmatçısı Rzalı Leyla (Sumqayıt) müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qalibləri təbrik edirik!