“BAKU OPEN – 2016” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ SОNА ÇATDI

     BAKU CRYSTAL HALL-da “BAKU OPEN — 2016” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Füzuli, Ucar, Ağdam, Lənkəran, Zaqatala, Zərdab, Xızı və Salyan 111 nəfər idmançı (onlardan 33 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir. Yarışda 12 yaşadək oğlanlar arasında I yeri 8,0 xalla Mürsəlli Mətin (Bakı), II yeri 7,0 xalla Əliyev Toğrul (Bakı), III yeri 7,0 xalla İlyaslı Uğur (Sumqayıt), 12 yaşadək qızlar arasında I yeri 6,5 xalla Rzalı Səbinə (Sumqayıt), II yeri 5,0 xalla Kərimli Jalə (Sumqayıt), III yeri 5,0 xalla Əhmədova Yeganə (Naxçıvan MR), 10 yaşadək oğlanlar arasında I yeri 6,5 xalla Kanlı Alperen (Bakı), II yeri 6,0 xalla Xudiyev Sənan (Bakı), III yeri 6,0 xalla Məmmədov Şamil (Sumqayıt), 10 yaşadək qızlar arasında I yeri 5,5 xalla Nəsibova Nərmin (Bakı), II yeri 5,5 xalla Zülfüqarlı Məhluqə (Sumqayıt), III yeri 5,0 xalla Qasımova Səmra (Füzuli), 8 yaşadək oğlanlar arasında I yeri 5,5 xalla Muxtarov Raul (Bakı), II yeri 4,0 xalla Ağalı Nahid (Sumqayıt), III yeri 4,0 xalla Əhmədov Rövnəq (Bakı), 8 yaşadək qızlar arasında I yeri 4,0 xalla Budaqova Leyla (Gəncə), II yeri 4,0 xalla Abdinova Nərmin (Bakı), III yeri 3,5 xalla Rzalı Leyla (Sumqayıt) tutmuşlar.
Sonuncu turdan sonra keçirilən təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse – prezidenti, Bakı şəhərində keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, 42-ci Ümumdünya Şahmat Olimpiadasının baş hakimin müavini, beynəlxalq dərəcəli hakim Anastasiya Sorokina, 42-ci Ümumdünya Şahmat Olimpiadasının hakimi, beynəlxalq dərəcəli hakim Ülkər Umudova, turnirin rəsmi sponsorları olan Azpetrol, Azərsun şirkətlərinin nümayəndələri iştirak etmişlər.
Paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov turnirin yekun hesabatı haqqında geniş məlumat verdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.
Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Əlizadə Paşam (Bakı) və qız şahmatçısı Abaszadə Suada (Bakı) müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort