“BAKU OPEN – 2017” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ UŞAQ TURNİRİ SОNА ÇATDI

  12 – 20 noyabr 2017-ci il tarixdə Respublika Şahmat Mərkəzində (Klub) beynəlxalq şahmat festivalının uşaq turniri keçirilmişdir. 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan MR (Şərur), Sumqayıt, Göyçay, Salyan şəhər və rayonlarını, o cümlədən Ukraynanı təmsil edən 91 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak etmişdir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə etmişdir.
Yarışın mütləq çempionu 8,0 xalla Əbdülkərimli Elcan (Bakı) olmuşdur. Yarışda 12 yaşadək oğlanlar arasında I yeri 7,0 xalla İsrailov Aqil (Bakı), II yeri 7,0 xalla Ələsgərli İbrahim (Bakı), III yeri 6,5 xalla Abdinov Mətin (Bakı), 12 yaşadək qızlar arasında I yeri 6,5 xalla Nəsibova Nərmin (Bakı), II yeri 6,0 xalla Həmidova Sara (Bakı), III yeri 5,5 xalla Həsənzadə Züleyxa (Bakı), 10 yaşadək oğlanlar arasında I yeri 8,0 xalla Əbdülkərimli Elcan (Bakı), II yeri 6,5 xalla Əsədli Toğrul (Bakı), III yeri 6,5 xalla Bəşirov Kamal (Ukrayna), 10 yaşadək qızlar arasında I yeri 5,5 xalla Rzalı Leyla (Sumqayıt), II yeri 5,0 xalla Abdinova Nərmin (Bakı), III yeri 5,0 xalla Şükürova Aydan (Bakı), 8 yaşadək oğlanlar arasında I yeri 6,0 xalla Davudov Tunar (Bakı), II yeri 6,0 xalla Azadəliyev Cahandar (Bakı), III yeri 6,0 xalla Kərimov İbrahim (Bakı), 8 yaşadək qızlar arasında I yeri 5,5 xalla Abaszadə Suada (Bakı), II yeri 5,0 xalla Abbasova Zərifə (Bakı), III yeri 3,5 xalla İsmayılova Xanım (Bakı) tutmuşlar.
Sonuncu turdan sonra təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse – prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, turnirin rəsmi sponsorları olan Azpetrol şirkətinin nümayəndəsi Arzu Ağayeva, ExxonMobil şirkətinin nümayəndəsi Aygün Tanrıverdiyeva, BestComp Group şirkətinin nümayəndəsi Cəmilə Əmiraslanova iştirak etmişlər.
Paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov turnirin yekun hesabatı haqqında geniş məlumat verdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse – prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Azadəliyev Cahandar (Bakı), ən kiçik yaşlı qız şahmatçısı Hüseynova Lalə (Bakı) və Ukrayna təmsilçisi Bəşirova Gülay müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort