Baş İdarə “Olimpiya dünyası”-qəzetinin 1000-ci sayı münasibətilə təbrik etdi.

   On iki il əvvəl Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan “Olimpiya dünyası ” qəzetinin ilk sayı işıq üzü gördü.  Bu münasibətlə qəzetin rəhbərliyini və bütün əməkdaşlarını Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik .

   1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman  daha sürətlə inkişaf etməyə başladı. Belə bir vaxtda idman sahəsində əldə olunmuş nailiyyətləri işıqlandırmaq və Olimpiya Hərəkatını təbliğ etmək üçün yeni bir nəşrə ehtiyac duyulurdu. Məhz bu ehtiyacı ödəmək məqsədi ilə “Olimpiya dünyası” qəzeti təsis edildi. 2001-ci il noyabrın 27-də qəzetin ilk sayının işıq üzü gördüyü gündən bu günə qədər bu qəzet idman və kütləvi bədən tərbiyəsində gedən prosesləri, baş verən hadisələri diqqətlə izləməklə yanaşı, ölkədə keçirilən beynəlxalq yarışlar, Olimpiya Hərəkatı kimi məsələlərə həssaslıqla yanaşmışdır. Bu gün boyük oxucu kütləsi qəzetinizin hər bir sayını maraqla oxuyur. Xüsusilə, son illərdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Olimpiya dünyası” qəzeti arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, tərəfimizdən keçirilən bütün tədbirlər qəzetinizdə geniş işıqlandırılır.

   Qəzetin rəhbərliyini və kollektivini bir daha bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.