Baş İdarədə təcrübə keçən tələbələrə sertifikat təqdim olunub

    Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Qərb Universitetinın Siyasi elmlər fakültəsinin III kurs  tələbələrindən ibarət qrup üzvlərinə Baş İdarədə təcrübə keçmələrinə dair sertifikatların təqdim olunma mərasimi keçirilib.

    Xatırladaq ki, proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olub, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq görülən işlər haqqında  geniş məlumat alıblar.

      Tələbələr təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq mərasimdə təqdimatla çıxış edib və Baş İdarənin rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Mərasimin sonunda tələbələrə Baş İdarədə təcrübə keçmələrinə dair sertifikatlar təqdim olunub.