Baş İdarədə tələbələrin istehsalat təcrübəsi başa çatıb

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin “Sosial iş ixtisası” üzrə III kurs tələbələrinin 3 aylıq istehsalat təcrübəsi başa çatıb.
     Yekun tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov tələbələrin hazırlıq səviyyəsinin müəyyən edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulayaraq, tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında təcrübənin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrə əldə edilən biliklərdən səmərəli istifadə etməyi tövsiyə edərək onlara uğurlar arzulayıb.
    Proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olmuş, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq keçirilən tədbirlərdə iştirak etmiş və müxtəlif işlərə cəlb olunmuşlar.
     Təcrübələrini uğurla başa vuran tələbələr onlara yaradılan şərait üçün Baş İdarənin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort