Baş İdarə açıq havada keçirilən yarışlara start verdi

            Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 100 gündən sonra açıq havada keçirilən yarışlara start verdi.

       Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika uşaq istirahət və sağlamlıq mərkəzində  açıq havada  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı və İdea Şahmat Klubunun dəstəyi  ilə  15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə  turnir keçirilmişdir.

       Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və TƏBİB-in tövsiyələrinə əsasən  bütün yarış  iştirakçılarının bədən hərarətləri xüsusu cihaz vasitəsilə ölçülmüş, hamıya tibbi maska, əlcəkdən istifadə etmək, sosial məsafənin gözlənilməsi tövsiyə olunmuşdur.

       4 yaş qrupunda keçirilən yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olmuşdur. Nəticələrə əsasən  8 yaş qrupu arasında  I yerə Aylin Nurəhmədli, II yerə Zəhra Səidzadə, III yerə Əsnad Baxışzadə, 10 yaş qrupu arasında Paşam Əlizadə, II yerə Ənvər Babazadə, III yerə Tofiq Mənsimov, 12 yaş qrupu arasında  I yerə Müthəd Gülüşov, II yerə Ramazan Şərifov, III yerə Elxan Nemətzadə, 14 yaş qrupu arasında I yerə Təbriz Nurəhmədli, II yerə Nail Ağayev, III yerə  Nihad Baxşiyev, qızlar arasında isə I yerə Dəniz Dövlətzadə, II yerə Ayşə Əliyeva, III yerə Selcan Nurəhmədli layiq görülmüşdür.

        Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz  Vəliyev, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 3 saylı Uşaq Gənclər   Şahmat Məktəbinin  direktoru Cəmil Fətullayev, İdeya Şahmat Klubunun direktoru Fidan Talıbova  qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.   Yarışda I, II və III yerləri tutmuş şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri  ilə təltif olunmuşlar.

        Qeyd edək ki, uzun müddətdən sonra keçirilən ilk canlı yarış bütün idmançıların böyük sevincinə səbəb olmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort