Baş İdarə birinciləri sevindirdi

          Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin inzibati binasında Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Baş İdarə tərəfindən 2018-2019-cu tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

           Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedən bütün uşaqları salamlamış, qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək, onlara təhsillərində müvəffəqiyyətlər arzulamışdır. Çıxışdan sonra  paytaxtin 11 inzibati rayonunu təmsil edən ilk dəfə məktəbə gedəcək uşaqlara  məktəbli çantası və məktəb ləvazimatları hədiyyə verilmişdir.

            Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə etmişlər.

             Sonda bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort