Baş İdarə: “Hər kəs mənzilinin eyvanından Azərbaycan Dövlət Bayrağını assın”

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt sakinlərini cəhbədə torpaqlarımızı erməni işğalçılarından azad etmək uğrunda döyüşlərdə mübarizə aparan qəhrəman Azərbaycan hərbçilərinə dəstək olmağa çağırır. Bu barədə SİA-ya Baş İdarənin rəisi Raqif Abbasov məlumat verib. Bildirib ki, Baş İdarə paytaxt sakinlərindən xahiş edir ki, ordumuza dəstək məqsədilə hərkəs öz mənzilinin pəncərəsindən və ya eyvanından Azərbaycan Dövlət Bayrağını assın: “Bu günlərdə bütün azərbaycanlılar çox böyük həmrəylik göstərirlər. Bununla xalqımız bir daha Azərbaycan ordusunun yanında olduğunu, qəhrəman hərbçilərimizə hər zaman inandığını bildirəcək”.

   Qeyd edək ki, cəbhədə erməni təxribatının və hücumlarının qarşısını almaq, doğma torpaqlarımızı düşməndən azad etmək üçün qəhrəmanlıqla mübarizə aparan Azərbaycan hərbçilərinə bütün dünya azərbaycanlıları dəstək olurlar. Müxtəlif ölkələrdə yaşayan minlərlə azərbaycanlı Vətənə gələrək döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.  Dünyanın əksər ölkələri və beynəlxalq təşkilatları da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Elgün Vidadioğlu

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort