Baş İdarə İctimai Televiziyanı təbrik etdi.

Bu gün İctimai Televiziyanın yaranmasının 8-ci ilinə həsr olunmuş bayram proqramında  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da  iştirak etmişdir.  Çıxışına təbrik nitqi ilə başlayan R.Abbasov İctimai Televiziyanın 8 illik fəaliyyəti dövründə ölkəmizdə iqtisadi, siyasi, hərbi vətənpərvərlik, idman və digər sahələrdə bir çox layihələrin uğurla həyata keçirilməsindən danışdı. Eyni zamanda Baş İdarə və İctimai Televiziya tərəfindən  birgə həyata keçirilən maraqlı layihələrdən, o cümlədən gənclərin asudə vaxtlarının təşkili, yaradıcı və istedadlı gənclərə dövlət qayğısı sahəsində, narkotok vasitələrə qarşı mübarizə, hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərdən söz açaraq gələcəkdə də bu ənənənin davam edəcəyini vurğuladı. Sonda Raqif Abbasov bir daha İctimai Televizyının rəhbərliyini və bütün kollektivini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

1185411_502973496459918_497273347_n