Baş İdarə ilk dəfə məktəbə gedən uşaqları sevindirmişdir

       Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2016-2017-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

  Tədbiri açan BŞGİBİ-nin rəis müavini Aydın Yusifov ilk növbədə bu il Bakıda məktəbə gedən bütün uşaqlara müvəffəqiyyət arzulayıb. O bildirib ki, BŞGİBİ artıq 10 ildir  ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir.

     Sonda ilk dəfə məktəbə gedən 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort