Baş İdarə uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Rəşid Behbudov adına Mahni Teatrında Bakının müxtəlif orta məktəblərində təhsil alan,  eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi Yeni il şənliyi təşkil edib.

  Tədbir zamanı uşaqlar üçün milli və müasir rəqslər, rəngarəng çıxışlar ,digər sürprizlər təşkil olunub. Geniş konsert proqramı ilə davam etdirilən şənliyin sonunda uşaqlara “Qış nağılı” tamaşası göstərildi və uşaqlara bayram hədiyyəsi paylanıldı.