Baş İdarədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

       “Bakı şəhər Gənclər və İdman İdarəsi Paytaxtın 11 inzibati rayonunda ik dəfə səs verəcək gənclərlə müxtəlif tədbirlər keçirtdik. Bu gün tədbirlərin yekunu olaraq Bakı şəhər rayon idarələrindən ilk dəfə seçkidə iştirak edəcək ən fəal gənclərlə bir araya gəlmişik. Ona görə də sizin vətandaş mövqeyiniz, öz hüquqlarınızı bilməyiniz və seçkilərdə iştirak edərək verdiyiniz səslər Azərbaycanda hökumətimiz tərəfindən uğurla aparılan siyyasətə bir növ töhvədir”.  Bunu ilk dəfə səs verəcək gənclərlə toplantı zamanı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

      R.Abbasovun sözlərinə görə hər bir gəncin verdiyi səs ölkənin ictimayi, siyasi prosesində xüsusi önəm kəsb edir. İlk dəfəf səs verəcək gənclərin məhz aktiv vətəndaş mövqeyi öz hüquqlarının istifadəsindən başlayır.

     Daha sonra tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov gəncləri maraqlandıran mövzulardan söz açaraq bildirib ki, aşağı yaş senzinin aradan qaldırılması hər bir şəxsə öz potensialını reallaşdırmaq üçün şərait yaradıb və xüsusilə gənclərin siyasi fəallığını stimullaşdıran önəmli amillərdən birinə çevrilib. 2016-cı ildən şamil olunan bu dəyişikliklər həmçinin deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı normaları dəqiqləşdirir, Milli Məclis üzvünün fəaliyyətində şəffaflığın artırılması, onun xalqın təmsilçisi kimi yüksək adına xələl vurmaması üçün təminat yaradıb.

       Tədbirin sonunda hər iki natiq gənclərin seçki hüquqlarına dair suallarını cavablandırıb. Onlara digər həmyaşıdları ilə də bu fikriləri paylaşmalarını tövsiyyə edərək bütün gənclərə seçki fəaliyyətlərində uğurlar arzulayıblar.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort