Baş İdarədə kütləvi bədən tərbiyəsi tədbirlərinin müzakirəsi aparılmışdır

     26 sentyabr 2019-cu il tarixdə Baş İdarənin konfrans zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və  Azərbaycan Məktəb İdmanları Federasiyası arasında imzalanmış niyyət protokoluna əsasən keçirilməsi nəzərdə tutulmuş məhəllə idman növləri üzrə məktəblər arasında Bakı şəhər turnirinin icra mexanizmi, həmçinin əsasnamədə nəzərdə tutulmuş qızlar və oğlanlar arasında  stritbol, stolüstü tennis, atletika, şahmat, dama, oğlanlar arasında məhəllə futbolu yarışlarının keçirilmə qaydaları, vaxtı və yeri haqqında geniş müzakirələr aparılmışdır.

        Tədbirdə iştirak edən Baş İdarənin sektor müdiri Samir Salehov, Azərbaycan Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyev çıxış edərək yeni tərtib olunmuş turnir haqqında geniş məlumat vermiş, iki mərhələ – rayon mərhələsi və şəhər (final) mərhələsi üzrə keçiriləcək yarışların qrafikinin qısa müddət ərzində hazırlanaraq təsdiq olunması rayon gənclər idman idarələrinə tapşırılmışdır. Tədbirdə iştirak edən digər əməkdaşlar bu yarışların əsasən yeniyetmə yaşlı məktəblilər arasında asudə vaxtının səmərəli təşkili, onlar arasında idmanın kütləviliyinin təmin olunması, o cümlədən  məktəblilərin  dostluq əlaqələrinin yaradılması ilə yanaşı idman rəqabətinin gücləndirilməsində mühüm rol oynadığını vurğulamışlar.