Baş İdarədə qalib idmançılarla görüş keçirildi

       Almaniyanın Sindelfinqen şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş balaca  idmançılarla  görüş keçirilib.  Bakı şəhər Gənclər və İdman Baş İdarəsində təşkil edilən görüşdə idarənin rəisi Raqif Abbasov, rəis müavini Rəşad Əliyev,  kütləvi -bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, Ümid İdman Klubun baş məşqçisi İlkin Şahbazov iştirak ediblər.

      Raqif Abbasov  balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara  gələcək yarışlarda  yenə də qələbə qazanacaqlarını arzu edib.

       Qeyd edək ki, “Ümid” taekvondo klubunun yetirmələri Mehdi Budaqlı (27 kq) qızıl medala, Fərdi Quşxani (35 kq) isə bürünc medallara sahib olublar.

       Sonda balaca idmançılarla xatirə şəkli çəkdirilərək onlara Baş İdarə tərəfindən hədiyyələr təqdim olunub.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort