Baş İdarədə ŞHK-nun qalib komandaları ilə görüş keçirildi

     Gənclər və İdman Nazirliyinin müvafiq tapşırığına əsasən Bakı şəhər Gənclər və İdman Baş idarəsi və  Şən Hazırcavablar Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının akt zalında  ali təhsil müəssisələri arasında şən hazırcavbalar komandalarının  final mərhələsi keçirilmişdir. Qalib komandalar Rusiyanın Soçi şəhərində keçirilən Şən Hazırcavablar Klubunun XXX beynəlxalq festivalında iştirak hüququnu əldə etmişlər. Bununla əlaqədar olaraq Baş İdarədə Şən Hazırcavablar Klubunun qalib komandaları ilə görüş keçirilmişdir.

        İlk öncə Şən Hazırcavablar Klubunun komandalarının uğurlu çıxışları haqqında videoçarx nümayiş etdirildi.

        Sonra Baş İdarənin rəisi Raqif Abbasov Gənclər və İdman naziri Azad Rəhimov adından qalib komandaları təbrik edərək onlara uğurlar arzuladı. R.Abbasov bildirdi ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Azərbaycan Respublikası Prezidentinin dövlət gənclər siyasəti haqqında müvafiq sərəncamları gənclər sahəsinə dövlətin qayğısının əyani sübutudur.

      Şən Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov da çıxış edərək ilk növbədə Gənclər və İdman Nazirliyinə Şən Hazırcavablar Klubuna göstərdikləri köməyə və dəstəyə görə xüsusi minnətdarlığını bildirdi. Sonra o Şən Hazırcavblar Klubunun fəaliyyəti və yüzlərlə gəncin, onlarla komandanın, minlərlə azarkeşin izlədiyi sevilən maraqlı layihələrin haqqında geniş məlumat verdi. Onun sözlərinə görə Soçidə keçirilən  700-ə yaxın komandanın iştirak edəcəyi beynəlxalq festivalda ilk dəfə olaraq ölkəmizi  üç komanda təmsil edəcəkdir. Bu qədər komandalar ilə bir səhnəni paylaşmaq Azərbaycan komandası üçün müvəfəqiyyətin təsdiqidir, amma ambisiyalarımız daha böyük uğurlara köklənib. Bu il Azərbaycanı rekord sayda beynəlxalq festivalda təmsil etməsi ölkədə gənclər arasında intellektual yarışmalara olan münasibətdir.

         Tədbirin sonunda Azərbaycanın milli bayrağı Şən Hazırcavablar Klubuna hədiyyə olunmuş və bütün beynəlxalq tədbirlərdə onun uca tutulması tövsiyə edilmişdir. Sonda xatirə şəkli çəkildi.

         Qeyd edək ki, Şən Hazırcavablar Klubu artıq Soçidədir və milli bayrağımızın ucaldılması üçün komandalar əlindən gələni edəcəkdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort