BAŞ POLİS İDARƏSİNDƏ ŞAHMAT TURNİRİ BAŞA ÇATDI

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən birgə təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq polis əməkdaşları arasında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat üzrə turnir keçirilmişdir.
Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 12 komanda tərkibində 43 nəfər polis əməkdaşı iştirak etmişdir. Yarışları FİDE hakimi Cavanşir Bağırov idarə etmişdir. Yekun nəticələrə əsasən şəxsi hesabda I yeri 9 xalla Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis polkovniki Vəliyev Əli, II yeri 7,5 xalla Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Məmmədov Vüsal, III yeri 7 xalla Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Əliyev Xalid, komanda hesabında I yeri 25,5 xalla Bakı Şəhər Baş Polis İdarəsinin komandası, II yeri 20 xalla Səbail Rayon Polis İdarəsinin komandası, III yeri 19 xalla Bakı Metropolitenində Polis Şöbəsinin komandası tutmuşlar.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Baş Polis İdarəsi Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara xidməti işlərində və növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda şəxsi və komanda hesabında qalib gəlmiş iştirakçılar müvafiq dərəcəli medallarla və kuboklarla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort