BASKETBOL (3X3) ÜZRƏ KÖNÜLLÜLƏR KUBOKU UĞRUNDA TURNİR KEÇİRİLMİŞDİR

                 Səbail rayonu Su İdman Sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə qızlar və oğlanlar arasında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnir keçirilmişdir.
Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları — baş məsləhətçi Salman Əbdülov, baş masləhətçi Cəlil Əlizadə, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə iştirakçıları salamlamış, onlara uğurlar arzulamışlar.
Gərgin və maraqlı oyun şəraitində keçən turnirdə oğlanlar arasında I yeri Dreamteam komandası, II yeri ASAN 2 komandası, III yeri Drive komandası, qızlar arasında I yeri Günəş komandası, II yeri ASAN 5 komandası, III yeri ASAN 2 komandası tutmuşlar.