Basketbol idman növü üzrə yarış keçirilmişdir.

   Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 13-16 yanvar 2015-ci il tarixlərdə 269 №li tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan qızlar arasında basketbol idman növü üzrə yarış keçirilmişdir.

     Yarışda rayonun 10 məktəb komandası tərkibində 120 nəfər məktəbli  iştirak etmişdir.Yarışda  birinci  yeri 269 №li, ikinci  yeri 17 №li, üçüncü yeri 138 №li tam orta məktəblərin komandaları tutmuşlar.  Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.