Basketbol (qızlar arasında) növü üzrə yarış sona çatmışdır.

   Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxıl olan basketbol (qızlar arasında) növü üzrə yarış sona çatmışdır. Nəsimi rayonu ərazisində yerləşən 164 nömrəli tam orta məktəbin zalında keçirilən 1998-99-cu il təvəllüdlü qızlar arasında basketbol yarışında I yeri Nərimanov rayon komandası, II yeri Xətai rayon komandası, III yeri Yasamal rayon komandası tutmuşlar.
XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında) və basketbol (qızlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 20 xalla I yerdə, Səbail rayonu 25 xalla II yerdə, Xətai rayonu 29 xalla III yerdə, Nərimanov rayonu 29 xalla IV yerdə, Xəzər rayonu 34 xalla V yerdə, Qaradağ rayonu 35 xalla VI yerdə, Nizami rayonu 40 xalla VII yerdə, Suraxanı rayonu 51 xalla VIII yerdə, Yasamal rayonu 59 xalla IX yerdə, Binəqədi rayonu 59 xalla X yerdə və Nəsimi rayonu 79 xalla XI yerdə qərarlaşmışlar.