BASKETBOLÇU QIZLAR TƏLTİF OLUNDULAR

       Nərimanov rayonu ərazisində yerləşən 193 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında basketbol üzrə turnirin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuş yarış 2003 – 2005-ci il təvəllüdlü qızlar arasında keçirilmişdir. Turnirdə I yeri Nəsimi rayonunu təmsil edən Bakı Türk Anadolu Liseyinin komandası, II yeri Yasamal rayonu 158 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Baş İdarənin əməkdaşı Səməd Səmədzadə və yarışların baş hakimi Aydın Ağaəliyev qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

      Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.