Batumi şəhərində beynəlxalq turnir keçirilmişdir

Gürcüstanın Batumi şəhərində idman ustası, SSRİ  çempionu Otar Bakuridzeyə həsr olunmuş gənclər arasında yunan roma güləşi üzrə  beynəlxalq turnir keçirilmişdir. Turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı güləşçləri də iştirak etmişdir. Bir çox ölkənin idmançılarının qatıldığı beynəlxalq güləşçimiz İsmayıl Qəhrəmanlı 60 kq çəki dərəcəsində II yer tutaraq turnirin gümüş medalını qazanmışdır.