Batumi şəhərində beynəlxalq turnir keçirilmişdir

30 avqust – 01 sentyabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş  11  nəfərlik heyət Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən dünya çempionu David Bedenadzenin şərəfinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə beynəlxalq turnirdə iştirak etmişdir. Bir çox ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirdə 5 idmançımız yüksək nailiyyətlər əldə etmişdir. Belə ki, Qəhrəmanlı İsmayıl, Xəlilov Orxan, Ağarəhimov Adəm, Məmmədov Cavid III yerə, Eynalıyev Nəsib I yerə çıxaraq qızıl medala layiq görülmüşdür.  İdmançılarımızı təbrik edirik!