Batut və tamblinq üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

   Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında  batut və tamblinq üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Tamblinq üzrə balacalar arasında I yerə Aleksey Karataşov (BGM), Tahirə Babayeva (BGM),  yeniyetmələr arasında I yerə Tofiq Əliyev (BGM), Zeynəb Qasımlı (BGM),  gənclər arasında I yerə Fərid Mustafayev (BGM), böyüklər arasında I yerə Malkin Mixail (Ocaq İK) layiq görülmüşlər.

    Batut üzrə balacalar arasında I yerə Amar Baxşəliyev(BGM), Kseniya Kuznetsova (BGM), uşaqlar arasında I yerə İbrahim Mustafazadə (BGM), Mariya Koleva (Ocaq İK), yeniyetmələr arasında Hüseyn Abbasov (BGM), Kamilla Rəsulova (Ocaq İK), gəncər arasında I yerə Selcan Mahsudova (BGM), böyüklər arasında Ruslan Ağamirov (Ocaq İK), Svetlana Makştarova I yerə  layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.