Bayraq gününə həsr olunmuş şahmat və dama turnirləri keçirilmişdir

                 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq  Penitensiar xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində Bayraq gününə həsr olunmuş şahmat və dama turnirləri keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən şahmat üzrə turnirdə I yeri Məhərrəmov Araz, II yeri Bayramov Əlibiyaz, III yeri Abdullayev Maarif, dama üzrə turnirdə I yeri Rəhmətov Şakir, II yeri Məhərrəmov Zamin, III yeri Cəfərov Zəkulla tutmuşlar.
Tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 13 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə İşləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə mayoru Eyvaz Əhmədli, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektorları, ədliyyə baş leytenantı Oqtay Həsənov, ədliyyə leytenantı Emin Quliyev iştirakçıları “9 noyabr – Bayraq günü” münasibətilə təbrik etmiş, öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamışlar.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.