BDU-da “2 Fevral – Azərbaycan Gəncləri Günü” ilə bağlı gənclərlə görüş keçirilib

Bu gün Bakı Dövlət Universitetində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” ilə bağlı gənclərlə görüş keçirilib. Tədbirdə universitetin  rektoru Elçin  Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BDU-nin professor-müəllim heyəti, əməkdaşları, tələbələri iştirak ediblər.

İlk öncə Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar bildirblər ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Çıxışlardan sonra Azərbaycan Gəncləri Günü münasibətilə və universitetin ictimai həyatında göstərdikləri fəallığa və təəssübkeşliyə görə bir qrup tələbə fəxri fərmanla təltif olunub.

Sonda tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort