Bədii gimnastika üzrə 26-cı Bakı birinciliyi və Aerobika gimnastikası üzrə Bakı çempionatına yekun vurulmuşdur.

          Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  bədii gimnastika üzrə XXVI Bakı  şəhər birinciliyi və  Aerobika gimnastikası üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.

            Yarış  fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanıb. Nəticələrə görə  2009-cu il təvəllüdlülər arasında I yerə Gövhər İbrahimova (Ocaq İK), 2010-cu il təvəlüdlülər arasında Nəzrin Salmanlı (Ocaq İK), 2011-ci il təvəllüdlülər arasında Yelizaveta Yefremova (BGM), yeniyetmələr arasında I yerə Alina Məmmədova  (RKİM),  I yerə layiq görülmüşlər.

         Aerobika gimnastikası üzrə  balacalar arasında (fərdi)  I yerə Səid Əliyev (Ocaq İK), Ayan Ağayeva (Ocaq İK),  uşaqlar arasında (fərdi) I yerə Məryəm Topçubaşova,  yeniyetmələr arasında (fərdi) I yerə Dilarə Qurbanova, böyüklər arasında (fərdi) I yerə Vladimir Dolmatov (Ocaq İK),  Nərminə Hüseynova (Ocaq İK) layiq görülmüşlər.

            Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.